Bizi sosial şəbəkələrdən izləyin:
Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıblar.
Moderator.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb.
Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi və qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.
Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Şəki" sərhəd dəstəsinin xidməti ərazisində Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətinə dövlət sərhədini pozmağa cəhd göstərən iki nəfər Mərakeş Krallığı vətəndaşı - Mohammed Fassih və Ousama Ben Moulay, "Şəmkir" sərhəd dəstəsinin xidməti ərazisində Gürcüstan istiqamətinə üç nəfər Pakistan İslam Respublikası vətəndaşı - Ali Syed Farman, Amir Muhammad Şantazgul və Şah Syed Norman həyata keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində saxlanılıb.
Faktlar üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.