Bizi sosial şəbəkələrdən izləyin:
Abşeronda ötən ay hündürlükdən yıxılaraq xəsarət alan şəxs ölüb.
Moderator.az xəbər verir ki, 1992-ci il təvəllüdlü Nurlan Balaqardaşov sentyabrın 28-i Güzdək qəsəbəsinin ərazisində yerləşən daş karxanasında hündürlükdən yıxılıb.
Nurlan Balaqardaşov xəstəxanaya yerləşdirilib, oktyabrın 22-də orada ölüb.
Faktla bağlı araşdırma aparılır.