Vəkilin evindən oğurluq edən şəxs saxlanılıb
Hadisə
318
22 Oct 2025 | 22:30

Vəkilin evindən oğurluq edən şəxs saxlanılıb

Vəkil Bəhruz Bayramova məxsus mənzildən oğurluq edilməsi ilə bağlı polisə daxil olan müraciət araşdırılıb.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı Elburus İbrahimov Moderator.az-a bildirib ki, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Muradov Fariz Murad oğlu saxlanılıb.

Oğurlanan əşyalar maddi sübut kimi aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər