Zərdabda tiktoker həbs edildi
Hadisə
416
15:25, Bu gün

Zərdabda tiktoker həbs edildi

Zərdabda vətəndaş müraciətinin araşdırılmasına mane olan tiktoker həbs olunub.
 
Moderator.az Oxu.az-a istinadən xəbər verir ki, oktyabrın 21-də Zərdab rayonunun Əlicanlı kəndindən daxil olmuş vətəndaş müraciəti ilə əlaqədar polis əməkdaşları həmin ünvanda olublar, müraciət üzrə qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görüblər.
 
Müraciət üzrə araşdırma və izahatların alınması zamanı kənd sakini, özünü fəal tiktoker kimi təqdim edən Laçın Əsədov tərəfindən əsassız ittihamlar və tələblər irəli sürülərək xidməti fəaliyyətə qəsdən maneə yaradılıb. O, intizama dəvət edilsə də, öz fəaliyyətini davam etdirib.
 
Buna görə L.Əsədov barəsində inzibati protokol tərtib edilib və müvafiq qərarla o, inzibati qaydada həbs olunub.
Link kopyalandı!
Son xəbərlər