Suraxanıda mənzil yandı - Ölən var
Hadisə
230
14:05, Bu gün

Suraxanıda mənzil yandı - Ölən var

Suraxıda mənzil yanıb, bir nəfər yanaraq ölüb.
 
Bu baradə Moderator.az-a FHN-in mətbuat xidmətindən məlumat verilib.
 
Bildirilib ki, doqquzmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 45 m² olan 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 12 m² sahədə yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
 
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
 
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Link kopyalandı!
Son xəbərlər