Mingəçevirdə iki qadını maşın vurdu – ÖLƏN VAR
Hadisə
412
10:34, Bu gün

Mingəçevirdə iki qadını maşın vurdu – ÖLƏN VAR

Mingəçevirdə piyada ölümü ilə nəticələnən qəza baş verib.
 
Moderator.az-ın məlumatına görə, hadisə şəhər ərazisində baş verib.
 
Şəhər sakini, 1962-ci il təvəllüdlü Elşən Nazim oğlu Həmzəyev özünə məxsus VAZ-2106 markalı avtomobil ilə hərəkətdə olan zaman yolu keçən piyada 1958-ci təvəllüdlü Firəngiz İlyas qızı Əhmədova və 1956-ci il təvəllüdlü Zöhrə Vahıd qızı İsmayılovanı vurub.
 
Nəticədə F.Əhmədova aldığı xəsarətlərdən ölüb, Z.İsmayılova isə müxtəlif bədən xəsarətləri alıb.
 
Faktla bağlı cinayət işi başlanılıb.
 
Link kopyalandı!
Son xəbərlər