Bakıda 87 yaşlı moped sürücüsü qəzada öldü
Hadisə
284
09:28, Bu gün

Bakıda 87 yaşlı moped sürücüsü qəzada öldü

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
 
Moderator.az-ın məlumatına görə, hadisə paytaxtın Pirallahı rayonu ərazisində qeydə alınıb.
 
1991-ci il təvəllüdlü Eldar Həmzətqulu oğlu Səttarov idarə etdiyi "Toyota Aqua" markalı maşınla 1938-ci il təvəllüdü Hacı Əmir oğlu Ağayevin idarə etdiyi moped toqquşub. Nəticədə H.Ağayev aldığı xəsarətdən hadisə yerində ölüb.
 
Faktla bağlı cinayət işi başlanılıb.
 
Link kopyalandı!
Son xəbərlər