Bizi sosial şəbəkələrdən izləyin:
Oktyabrın 21-də paytaxt ərazisində baş verən yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.
Moderator.az xəbər verir ki, Mehdiyev Cəmil Paşa oğlu idarə etdiyi avtomobillə hərəkətdə olarkən 1973-cü il təvəllüdlü Cəbrayılova Bikə Abdul qızını vurub.
Nəticədə piyada aldığı xəsarətlərdən 1 saylı Kliniki Tibbi Mərkəzdə dünyasını dəyişib.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin İstintaq şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.