Ağdamda dəfn edilmiş şəxsin məzar daşı Xocavənddə aşkarlanıb
Hadisə
286
21 Oct 2025 | 23:10

Ağdamda dəfn edilmiş şəxsin məzar daşı Xocavənddə aşkarlanıb

Ağdamda 1988-ci ildə dəfn edilmiş şəxsin məzar daşı Xocavənd rayonunda aşkar edilib.

Moderator.az APA-ya istinadən xəbər verir ki, 1988-ci ildə rayonun Saybalı kənd qəbiristanlığında dəfn edilmiş Quliyev Məmməd Əmir oğlunun məzar daşı Xocavənd rayonunun Xanoba kəndi ərazisində aşkar edilib. Ərazidə bərpa tikinti işləri ilə məşğul olan işçilər tərəfindən aşkar edilən daş mərhumun oğlu tərəfindən götürülərək məzar olduğu yerə gətirilib.

Sözügedən ərazilərdə azərbaycanlılara aid məzar daşlarından küçələrdə, evlərin həyətində daş döşəmə və hörgü işlərində istifadə olunub. Ərazidə başqa məzar daşlarının olduğu deyilir.

Link kopyalandı!
Son xəbərlər