01:07
14°C
Bakı
Xəbər verdiyimiz kimi, Şəkidə 3 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Moderator.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, qəza Aşağı Küngüt kəndi ərazisində “KİA”, “VAZ-2107” və “VAZ-2106” markalı minik avtomobillərin iştirakı ilə qeydə alınıb.
Qəza zamanı həlak olan şəxslər 1992-ci il təvəllüdlü Rəsullu Turan Kamal oğlu, 1981-ci il təvəllüdlü Mehtiyeva Pərvanə Kamal qızı və Mehtiyeva Yeganə Kamal qızıdır.
Əldə etdiyimiz məlumata görə, onlar bacı-qardaş olublar.
Qəza zamanı “KİA” markalı minik avtomobilinin sürücüsü 1977-ci il təvəllüdlü Abbasov Ədalət Kamal oğlu və sərnişini 1982-ci il təvəllüdlü Həsənova Nuranə Əfsər qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.