Keçmiş əri tərəfindən bıçaqlanan TƏBİB əməkdaşı evə buraxılıb
Hadisə
258
17:50, Bu gün

Keçmiş əri tərəfindən bıçaqlanan TƏBİB əməkdaşı evə buraxılıb

Keçmiş həyat yoldaşı Tural Qanbayev tərəfindən bıçaqlanan Şirvan Rayon Mərkəzi Xəstəxanasının ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Lamiyə Qanbayeva xəstəxanadan evə buraxılıb.

Moderator.az xəbər verir ki, bu barədə Bizim.Media-ya onun yaxınları məlumat verib.

Onun vəziyyətinin yaxşılaşdığı və həyati təhlükəsinin olmadığı bildirilib.

Şirvan Şəhər Xəstəxanasında əməliyyat olunan 1986-cı il təvəllüdlü L.Qambayevanın müalicəsi evdə davam etdiriləcək.

Qeyd edək ki, L.Qanbayeva oktyabrın 7-də keçmiş həyat yoldaşı Tural Qanbayev tərəfindən bıçaqlanıb. Bədənin çoxsaylı kəsilmiş, deşilmiş yarası diaqnozu təyin olunan pasiyent üzərində zəruri instrumental-diaqnostik müayinələrdən sonra cərrahi əməliyyat icra olunub.

Lamiyə Qanbayevanı bıçaqlayan Tural Qanbayev isə törətdiyi cinayətdən sonra sirkə turşusu içərək intihara cəhd etmişdi. O, hələ də Şirvan şəhər xəstəxanasında reanimasiyadadır.

Link kopyalandı!
Son xəbərlər