Bizi sosial şəbəkələrdən izləyin:
Bakıda yaşayış binasında bədbəxt hadisə baş verib.
Moderator.az xəbər verir ki, hadisə Nəsimi rayonu Mərdanov qardaşları küçəsi, ev 39-da qeydə alınıb.
Həmin binanın komendantı, Bakı şəhər sakini, 1959-cu il təvəllüdlü Xeyrulla Məhərrəm oğlu Kişiyev ehtiyatsızlıqdan yerə yıxılıb.
Nəticədə o, aldığı xəsarətdən hadisə yerindəcə ölüb.
Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.