Təhqir üstündə qətldə təqsirləndirilən yeniyetmələrə hökm oxunub
Hadisə
460
20 Oct 2025 | 17:07

Təhqir üstündə qətldə təqsirləndirilən yeniyetmələrə hökm oxunub

Bakıda təhqir üstündə törədilmiş qətldə təqsirləndirilən yeniyetmələr E.M. və Q. N.-in cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Moderator.az APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə baş keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, EM. və Q.N. 7 il 9 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Qeyd edək ki, hadisə ötən ilin iyununda Bakıda baş verib. Məlumata görə, yetkinlik yaşına çatmayan Q.N. və E.M. gecə saatlarında tanışları ilə birlikdə olduqları vaxt, sərxoş vəziyyətdə olan yeniyetmə N.B.-la aralarında mübahisə yaranıb. Mübahisəni aydınlaşdırmaq məqsədilə tərəflər "Əcəmi" metrosu yaxınlığına gediblər. Orada E.M. bıçaqla N.B.-ya hücum edərək onu qarın və bud nahiyəsindən yaralayıb. N.B. hadisə yerindən qaçsa da, sonradan xəstəxanada ölüb.

Hadisədən sonra E.M. və Q.N. saxlanılıb. Onlara qarşı Cinayət Məcəlləsinin 120.2.1 (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə), 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 228.4-cü (Qanunsuz olaraq silah gəzdirmə, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər