ANAMA əməkdaşı Xocavənddə minaya düşdü: Ayağı amputasiya edildi
Hadisə
458
13:37, Bu gün

ANAMA əməkdaşı Xocavənddə minaya düşdü: Ayağı amputasiya edildi

Xocavənd rayonunun Tağaverd kəndi ərazisində oktyabrın 20-də mina partlayışı baş verib.
 
Bu barədə Moderator.az-a Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib.
 
Bildirilib ki, ekskavator operatoru vəzifəsində çalışan agentliyin əməkdaşı 1967-ci il təvəllüdlü Şirinov İlqar Vəli oğlu xidməti vəzifəsini yerinə yetirərkən baş verən piyada əleyhinə mina partlayışı nəticəsində xəsarət alıb.
 
"Xəsarət alan şəxs hadisə yerindən təxliyyə edilərək, rayon xəstəxanasına çatdırılıb. Xəsarət alan şəxsin sağ ayağı topuq nahiyəsindən amputasiya edilib. Vəziyyəti stabildir", - deyə məlumatda qeyd edilib.
 
Link kopyalandı!
Son xəbərlər