Şəmkirdə evə girən maskalı şəxs saxlanıldı
Hadisə
197
15:05, Bu gün

Şəmkirdə evə girən maskalı şəxs saxlanıldı

Şəmkirdə evə girən maskalı şəxs saxlanılıb.
 
Moderator.az xəbər verir ki, Şəmkir Rayon Polis Şöbəsinə rayonun Kür qəsəbəsində yaşayan bir sakinin evinə maskalı, naməlum şəxsin qanunsuz daxil olaraq ev sahibinə küt alətlə xəsarət yetirməsi və 3 000 manat nağd pulu ələ keçirməsi barədə məlumat daxil olub.
 
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən qəsəbə sakini, 44 yaşlı Akif Məmmədov müəyyən edilərək saxlanılıb və istintaqa təhvil verilib.
 
Faktla bağlı araşdırmalar davam etdirilir.
Link kopyalandı!
Son xəbərlər