Hadisə
191
18 Oct 2025 | 23:15

"Taxtakörpü" su anbarında meyit tapılıb

"Taxtakörpü" su anbarında bir nəfərin meyiti tapılıb.

Moderator.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu çağırış üzrə cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər