Bizi sosial şəbəkələrdən izləyin:
Tovuzda yaşlı qadın yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alıb.
Moderator.az xəbər verir ki, hadisə Tovuz şəhərinin Elməddin Nəsibov küçəsində baş verib. Belə ki, “Volkswagen” markalı avtomobil rayon sakini, 1955-ci il təvəllüdlü Ziba Ağayevanı vurub.
Yaralı qadın təcili tibbi yardım briqadası tərəfindən Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Tibb müəssisəsindən verilən məlumata görə, Ziba Ağayevanın vəziyyəti orta-ağırdır.
Faktla bağlı araşdırma aparılır.