Qusarda avtomobil kanala aşdı - Beş nəfər xəsarət aldı
Hadisə
288
16:54, Bu gün

Qusarda avtomobil kanala aşdı - Beş nəfər xəsarət aldı

Qusarda avtomobil kanala aşıb, beş nəfər xəsarət alıb.

Moderator.az "Report"a istinadla xəbər verir ki, hadisə Qusar-Şahdağ avtomobil yolunda qeydə alınıb.

Belə ki, "Renault" markalı minik avtomobili yoldan çıxaraq su kanalına aşıb.

Hadisə nəticəsində Ağdam rayon sakini 1992-ci il təvəllüdlü E.Əsgərov, Biləsuvar rayon sakini 1996-cı il təvəllüdlü A.Cəfərzadə, Ucar rayon sakini 2004-cü il təvəllüdlü R.Hüseynov, Bərdə rayon sakini 1994-cü il təvəllüdlü N.Məmmədov və Qusar rayon sakini 1994-cü il təvəllüdlü N.Səlimov müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya aparılıblar.

Hadisə ilə bağlı araşdırma aparılır.

Link kopyalandı!
Son xəbərlər