Kəmərinə bıçaq taxıb küçədə gəzən şəxs həbs edildi
Hadisə
256
10:45, Bu gün

Kəmərinə bıçaq taxıb küçədə gəzən şəxs həbs edildi

Samux rayonunda ictimai asayişi pozan şəxs həbs edilib.

Moderator.az "Qafqazinfo"ya istinadla xəbər verir ki, hadisə rayonun Kolayır kəndində baş verib.

Belə ki, polis əməkdaşları şalvarının kəmərinə bıçaq taxaraq kənddəki "Əli" marketin qarşısında hərəkət edən şəxsi saxlayıblar. Onun Qarayeri kənd sakini 1977-ci il təvəllüdlü S.Məmmədov olması müəyyən edilib.

Saxlanılarkən müqavimət göstərən, eləcə də kənd ərazisində xuliqanlıq əməlləri törədən şəxs barəsində inzibati protokol tərtib edilib.

Samux Rayon Məhkəməsinin qərarı ilə S.Məmmədov 8 sutkalıq həbs edilib.

Link kopyalandı!
Son xəbərlər