Kürdəmirdə uşaq bağçası YANDI
Hadisə
173
08:59, Bu gün

Kürdəmirdə uşaq bağçası YANDI

Kürdəmir şəhərində uşaq bağçasında yanğın olub.
 
Moderator.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
 
Qeyd olunub ki, şəhərində fəaliyyət göstərən uşaq bağçasının ərazisində 7 m² sahədə taxta tullantıları, bitişik ümumi sahəsi 800 m² (hər mərtəbəsi 400 m²) olan ikimərtəbəli 16 otaqlı bağça binasında iki otağın yanar konstruksiyaları 50 m² sahədə, 2 ədəd pəncərə çərçivəsi, 8 ədəd çarpayı və dam örtüyünün taxta atmaları 25 m² sahədə yanıb.
 
Bağça binasının qalan hissəsi yanğından mühafizə olunub.
 
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Link kopyalandı!
Son xəbərlər