“Akkord” şirkətlər qrupuna daxil olan iki şirkət riskli vergi ödəyicisi siyahısına daxil edilib.
Moderator.az Teleqraf-a istinadən xəbər verir ki, söhbət “Akkord Qum” MMC-dən və “Akkordian Traden” MMC-dən gedir.
Hazırda “Akkordian Traden”in 110 min manatdan çox vergi borcu mövcuddur.
Bundan başqa, qrupa daxil olan “Akkord Hydrotechnical Construction Company”nin də külli miqdarda vergi borcu yaranıb.
Belə ki, hazırda şirkətin 1 milyon 194 min manat dövlətə vergi borcu var. Onu da əlavə edək ki, müxtəlif illərdə sözegedən şirkət dəfələrlə vergi öhdəlikləri üzrə Vergi Məcəlləsinə uyğun olaraq vergi hesabatını və ya onu əvəz edən arayışı vaxtında təqdim etməməyə görə cərimələnib.
Qeyd edək ki, “Akkord” şirkətlər qrupu sabiq baş prokuror Zakir Qaralova məxsusdur.