13 gün əvvəl Kürdə batan şəxsin meyiti TAPILDI
Hadisə
938
16 Oct 2025 | 13:25

13 gün əvvəl Kürdə batan şəxsin meyiti TAPILDI

Sabirabadda 13 gün əvvəl Kür çayında batan şəxsin meyiti sudan çıxarılıb.
 
Oktyabrın 3-də Cavad kəndi ərazisində Kür çayında boğulan Sabirabad rayonunun Türkədi kənd sakini, 1989-cu il təvəllüdlü (36 yaş) Məmmədov Laiq Telman oğlunun meyiti batdığı yerdən 5 km aralıda aşkar edilərək sudan çıxarılıb. Meyit aidiyyəti üzrə təhvil verilib. /APA/
 
Link kopyalandı!
Son xəbərlər