Sevdiyi qızdan rədd cavabı aldı, üç nəfəri döydü - Saatlıda mağazada DAVA
Hadisə
323
10:50, Bu gün

Sevdiyi qızdan rədd cavabı aldı, üç nəfəri döydü - Saatlıda mağazada DAVA

Saatlı rayonunda mağazada dava düşüb.
 
Moderator.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə rayon ərazisində fəaliyyət göstərən marketlərdən birində baş verib.
 
Belə ki, marketdə nəzarətçi işləyən Vaqif İsrafilov (ad və soyad şərtidir) obyektdə satıcı işləyən Əsli adlı xanımı sevsə də, Əsli ona əhəmiyyət verməyib. O, bir neçə dəfə Əsliyə evlilik təklif edib. Amma qadın onun təklifini rədd edib və mağazada işdən çıxıb.
 
Bir müddətdən sonra Əsli topdansatış mərkəzlərindən birinə işə düzəlib və şirkətin satış meneceri təyin olunub. O, digər obyektlərlə yanaşı, həmin marketə də topdan məhsullar paylamağa başlayıb. O, şirkətin sürücüsü ilə birlikdə marketə ərzaq gətirəndə orada Vaqiflə rastlaşıb. Vaqif ona yenidən sevgi təklifi edib, o isə yenidən bu təklifi rədd edib. Bu vaxt o, Əsli ilə mağazaya gələn sürücüyə hücum edib və onu döyməyə başlayıb. Əsli onları ayırmağa çalışarkən Vaqif ona da sifət nahiyəsindən zərbələr endirib. Vaqif, həmçinin, mübahisəni sakitləşdirmək istəyən mağazanın satıcısına da xəsarət yetirib.
 
Əslinin şikayəti əsasında hadisə yerinə polis əməkdaşları gəliblər və V.İsrafilov saxlanılıb.
 
Faktla bağlı cinayət işi başlanıb və iş Saatlı Rayon Məhkəməsinə göndərilib.
 
Məhkəmənin hökmü ilə V.İsrafilova 6 ay azadlığın məhdudlaşdırılması cəzası verilib.
Link kopyalandı!
Son xəbərlər