Bakıda silahlı insident: İki nəfər güllələndi
Hadisə
312
09:56, Bu gün

Bakıda silahlı insident: İki nəfər güllələndi

Bakının Yasamal rayonu ərazisində silahlı insident baş verib.
 
Moderator.az Bakupost.az-a istinadən xəbər verir ki, bu gecə Bakının Yasamal rayonu ərazisində iki nəfər güllələnib.
 
Hadisə zamanı 1995-ci il təvəllüdlü Ceyhun Həsənov və Sənan Dünyamalıyev adlı şəxslər yaralanıblar.
 
Hər iki yaralı xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti həkimlər tərəfindən ağır qiymətləndirilir.
 
Hadisənin motivləri və təfərrüatı araşdırılır.
 
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən istintaq başladılıb.
 
Link kopyalandı!
Son xəbərlər