Bakıda avtomobilin vurduğu qadın xəstəxanada öldü
Hadisə
293
09:35, Bu gün

Bakıda avtomobilin vurduğu qadın xəstəxanada öldü

Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
 
Moderator.az xəbər verir ki, hadisə 13 oktyabr 2025-ci il tarixdə saat 21 radələrində qeydə alınıb.
 
1985-ci il təvəllüdlü Tural Balakişiyev idarə etdiyi ona məxsus “KİA Sorento” markalı avtomobillə piyada, 1968-ci il təvəllüdlü Nuralışı Gülər Xəlil qızını vurub.
 
Nəticədə piyada açıq kəllə-beyin travması alaraq Gömrük Hospitalına yerləşdirilib.
 
Həkimlərin səyinə baxmayaraq, o, 15 oktyabr 2025-ci il tarixdə xəstəxanada ölüb.
 
Faktla bağlı Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.
 
Link kopyalandı!
Son xəbərlər