Bizi sosial şəbəkələrdən izləyin:
Zərdab rayonunun Dəkkəoba kəndi ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilib.
DİN-in mətbuat xidmətindən Moderator.az-a verilən məlumata görə, araşdırmalarla yanğının kənd sakini F.Rasulov tərəfindən törədildiyi məlum olub.
Hadisə nəticəsində 1 hektar ərazidə quru ot və kol-kos yanıb. Şəxs barəsində qanunvericiliyə uyğun tədbir görülüb.