Ramiz Mehdiyev dövlət hakimiyyətini ələ keçirmək və dövlətə xəyanətdə ittiham olunur - YENİLƏNİB
Hadisə
650
14 Oct 2025 | 22:42

Ramiz Mehdiyev dövlət hakimiyyətini ələ keçirmək və dövlətə xəyanətdə ittiham olunur - YENİLƏNİB

Ramiz Mehdiyevin hansı cinayətlərdə ittiham edildiyi məlum olub.

Moderator.az xəbər verir ki, Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.

21:58

Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın sabiq prezidenti, akademik Ramiz Mehdiyev həbs olunub.

Moderator.az Teleqraf-a istinadla xəbər verir ki, Ramiz Mehdiyevlə bağlı DTX-nin Baş İstintaq İdarəsi tərəfindən cinayət işi başladılıb.

Bu gün Səbail Rayon Məhkəməsi onun barəsində 4 aylıq ev dustaqlığı qərarı çıxarıb.

R.Mehdiyev Cinayət Məcəlləsinin 278, 274 və 193-cü maddələri ilə ittiham edilir.

Link kopyalandı!
Son xəbərlər