Tovuzda qatar piyadanı vurub - FOTO - YENİLƏNİB
Hadisə
478
14 Oct 2025 | 21:03

Tovuzda qatar piyadanı vurub - FOTO - YENİLƏNİB

Xəbər verdiyimiz kimi, Tovuzda qatarın vurduğu şəxs dünyasını dəyişib.

Məsələ ilə bağlı “Azərbaycan Dəmir Yolları”- dan Moderator.az-a bildirilib ki, bu gün saat 19:30 radələrində qatar Qovlar-Tovuz sahəsində hərəkətdə olarkən qatarın qarşısına qəflətən insan çıxıb.

Maşinist tərəfindən təcilli tormozlama aparılsa da, məsafə az olduğundan hadisənin qarşısını almaq mümkün olmayıb, dəmir yolunu qadağan olunmuş yerdən keçməyə cəhd edən həmin şəxs dünyasını dəyişib.

ADY bir daha insanlara çağırış edərək onları dəmir yolu xətlərini yalnız müəyyən edilmiş yer və piyada keçidlərindən keçməyə, həyatlarını riskə atacaq hərəkətlərdən çəkinməyə çağırır. Qaydalara riayət etmək hər bir vətəndaşın borcudur və onları pozmaq inzibati məsuliyyət yaradır.

20:43

Tovuzda qatarın vurduğu şəxs dünyasını dəyişib.

Moderator.az APA-ya istinadən xəbər verir ki, hazırda ölən şəxsin kimliyi dəqiqləşdirilir.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

20:37

Tovuz rayonunda bədbəxt hadisə baş verib.

Moderator.az-ın Qərb bürosu xəbər verir ki, hadisə rayonun Aşağı Quşçu kəndində qeydə alınıb.

Məlumata əsasən, qatar dəmir yolu xəttini keçmək istəyən orta yaşlı kişini vurub.

Hadisə yerinə polis və təcili yardım avtomobili cəlb olunub. 

Faktla bağlı araşdırma başlanılıb.

 

Link kopyalandı!
Son xəbərlər