Qaxın sabiq icra başçısının barəsində seçilmiş həbs qətimkan müddəti uzadılıb
Hadisə
982
14 Oct 2025 | 17:00

Qaxın sabiq icra başçısının barəsində seçilmiş həbs qətimkan müddəti uzadılıb

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyat zamanı saxlanılan Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev barəsində həbs qətimkan tədbirinin müddəti uzadılıb.

Moderator.az xəbər verir ki, Səbail rayon Məhkəməsində keçirilən prosesdə istintaq orqanın vəsatəti əsasında Musa Şəkiliyevin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti daha 4 ay müddətinə uzadılıb.

Qeyd edək ki, Musa Şəkiliyev DTX-nin bu il iyun ayında keçirdiyi əməliyyat zamanı tutulub. O, qulluq mövqeyindən istifadə etməklə xüsusilə külli miqdarda dövlət əmlakını mənimsəmə cinayətində ittiham olunur.

Link kopyalandı!
Son xəbərlər