20:26
15°C
Bakı
Naxçıvan Müəllimlər İnstitutunun (NMİ) sabiq dosenti Vahid Rzayev vəfat edib.
Moderator.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.
Məlumat üçün qeyd edək ki, V.Rzayev NMİ-nin Pedaqogika və psixologiya kafedrasının dosenti, pedaqogika üzrə fəlsəfə doktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi olub.
Mərhum alim 2000-ci ildən etibarən NMİ fəaliyyətə başlayıb, institutun Pedaqogika və psixologiya kafedrasında dosent kimi uzun illər çalışıb.
O, 7 kitabın, 3 metodik vəsaitin və 100-dən çox elmi məqalənin müəllifi olub.