Avtoxuliqanlıq edən sürücü həbs olundu
Hadisə
262
15:55, Bu gün

Avtoxuliqanlıq edən sürücü həbs olundu

Ağsuda avtoxuliqanlıq edən sürücü həbs olunub.
 
Bu barədə Moderator.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
 
Ağsu Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdikləri profilaktik tədbirlər zamanı dövlət qeydiyyat nişanı olmadan idarə etdiyi “VAZ-2107” markalı avtomobildə sayrışan işıqlar quraşdıran, konstruksiya dəyişikliyinə yol verən və avtoxuliqanlıq edən Hikmət Abasov saxlanılıb. H.Abasov barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib.
 
Məhkəmənin də qərarı ilə həmin şəxs 8 sutka inzibati qaydada həbs olunub.
 
Link kopyalandı!
Son xəbərlər