01:36
18°C
Bakı
Bakıda küçədən meyit tapılıb.
Moderator.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Suraxanı rayonu, Hövsan qəsəbəsində baş verib.
Bakı şəhər sakini, 1957-ci il təvəllüdlü Tahir Cabbar oğlu Hüseynovun meyiti küçədə aşkar edilib. Meyitin üzərində zorakılıq əlamətləri aşkar edilməyib. Məlum olub ki, T.Hüseynov tüfeyli həyat tərzi yaşayırnış.
Faktla bağlı araşdırma aparılır.