Xəzərin Xaçmaz sahillərində suiti cəsədləri tapılıb
Hadisə
316
17:07, Bu gün

Xəzərin Xaçmaz sahillərində suiti cəsədləri tapılıb

Xaçmaz rayonunun Niyazabad kəndi ərazisində Xəzər dənizinin sahilində 10-dan çox suiti cəsədi aşkarlanıb.

Moderator.az "Report"a istinadən xəbər verir ki, cəsədlərin bir qismi çürümüş vəziyyətdə, digərləri isə ərazidə olan vəhşi heyvanlar tərəfindən parçalanmış halda olub.

Mövcud vəziyyətlə bağlı aidiyyəti qurumların nümayəndələri dərhal əraziyə baxış keçiriblər.

Xatırladaq ki, sonuncu dəfə suitilərin kütləvi ölümü 2022-ci ildə Dağıstanda Xəzər sahillərində qeydə alınıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər