ANAMA əməkdaşları olan qardaşlar nişandan qayıdarkən qəzaya düşdü - BİRİ ÖLDÜ - YENİLƏNİB
1837
13 Oct 2025 | 15:44

ANAMA əməkdaşları olan qardaşlar nişandan qayıdarkən qəzaya düşdü - BİRİ ÖLDÜ - YENİLƏNİB

Beyləqanda baş verən qəza zamanı ağır xəsarət alanlar ANAMA əməkdaşları olublar.
 
Moderator.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, qəzada xəsarət alan qardaşlardan biri ölüb.
 
Belə ki, 1996-cı il təvəllüdlü Elvin Bariz oğlu Həşimov həkimlərin göstərdikləri reanimasyon tədbirlərə baxmayaraq xəstəxanada vəfat edib.
 
Faktla bağlı araşdırma aparılır.
 
11:04
 
Beyləqan rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
 
Moderator.az-ın məlumatına görə hadisə bu gün səhər 4-5 radələrində Birinci Şahsevən kəndi ərazində qeydə alınıb.
 
Hadisəyə "Khazar" markalı avtomobilin yoldan çıxaraq aşması səbəb olub. Nəticədə üç nəfər xəsarət alıb.
 
Xəsarət alanlar - sürücü, 1999-cu il təvəllüdlü Ülvi Bariz oğlu Həşimov, onun qardaşı, 1996-cı il təvəllüdlü Elvin Bariz oğlu Həşimov və digər sərnişin, 1999-cu il təvəllüdlü Məhərrəm Elman oğlu Səfərov Beyləqan Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılıblar.
 
Onların nişan mərasimindən qayıtdıqları bildirilir.
 
Faktla bağlı araşdırma aparılır.
 
Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, oktyabrın 13-də, saat 5:00-da Beyləqan rayonunda yol-nəqliyyat hadisəsi səbəbi ilə xəsarət alan üç nəfər (kişi) Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
 
"Onlara bədənin müxtəlif nahiyələrinin çox sayda travması diaqnozu təyin edilib. Pasiyentlərin müalicəsi Beyləqan RMX-nin Reanimasiya və intensiv terapiya şöbəsində davam etdirilir, vəziyyətləri stabil olaraq qiymətləndirilir", - deyə məlumatda bildirilib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər