Bakıda vəzifəli şəxs qətlə yetirildi
Hadisə
1341
15:40, Bu gün

Bakıda vəzifəli şəxs qətlə yetirildi

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşını bıçaqlayıblar.

Moderator.az Bakupost.az-a istinadla xəbər verir ki, bıçaqlanan şəxsin Bakının Suraxanı rayon sakini Ayxan Mustafayev olduğu bildirilir.

Hadisə Suraxanıda Ayxan Mustafayevə məxsus kiçik sahibkarlıq obyektinin qarşısında baş verib. O, aldığı bıçaq zərbələrindən həyatını itirib.

Onu qətlə yetirən şəxsin 17 yaşlı yeniyetmə olduğu bildirilir.

Hadisənin təfərrüatı ilə bağlı məlumat yoxdur.

Qeyd edək ki, Ayxan Mustafayev daha əvvəl Xaçmaz Gömrük İdarəsini Yalama gömrük postunda işləyib.

Link kopyalandı!
Son xəbərlər