18:45
0°C
Bakı
Xəbər verdiyimiz kimi, Gəncədə evdə partlayış zamanı xəsarət alan Elnur Qurbanov aparıldığı Bakı şəhərindəki, xəstəxanalardan birində vəfat edib.
Mərhum sabah saatlarında xəstəxanada keçinib. Onun nəşi bu gün Gəncə şəhərinə gətiriləcək.
Xatırladaq ki, hadisə 9 oktyabr tarixində Gəncə şəhəri Dədə Qorqud küçəsində Zərinə Ağayevaya məxsus evdə baş vermişdi. 36 yaşlı E. Qurbanov həmin evdə usta kimi çalışırdı. Partlayışın dolğudan baş verdiyi ehtimal olunur.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma başlanılıb.