Tovuzda bir ailənin azyaşlı üzvləri zəhərlənib
Hadisə
421
11 Oct 2025 | 22:29

Tovuzda bir ailənin azyaşlı üzvləri zəhərlənib

Tovuz rayonunda zəhərlənmə hadisəsi baş verib.
 
Moderator.az xəbər verir ki, rayon ərazisində bir ailənin üç azyaşlı üzvü — 2021-ci il təvəllüdlü İlqar Hüseynzadə, 2022-ci il təvəllüdlü Nihat Hüseynzadə və 6 yaşlı Gülnur Hüseynzadə zəhərlənmə diaqnozu ilə Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
 
İlkin məlumata görə, uşaqlar nəzarətsiz qaldıqları vaxt turşu yeyiblər və nəticədə zəhərləniblər.
 
Hazırda azyaşlıların vəziyyətinin orta-ağır olduğu bildirilir.
 
Faktla bağlı araşdırma aparılır.
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər