Keçmiş məhkum yenə cinayət törətdi
Hadisə
736
13:32, Bu gün

Keçmiş məhkum yenə cinayət törətdi

Paytaxtın Nizami rayonunda soyğunçuluq hadisəsi baş verib. Cəlilabad rayon sakini polisə müraciət edərək naməlum şəxsin ona məxsus mobil telefonunu ələ keçirdiyini bildirib.
 
Moderator.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumata verilib.
 
Bildirilib ki, Nizami Rayon Polis İdarəsinin 24-cü polis şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə soyğunçuluqda şübhəli bilinən əvvəllər oğurluqla əlaqəli cinayətə görə məhkum olunmuş 25 yaşlı E.Hüseynov saxlanılıb.
Link kopyalandı!
Son xəbərlər