Ceyhun Cəfərovla birgə həbs edilən şəxs də azadlığa çıxdı
Hadisə
304
16:15, Bu gün

Ceyhun Cəfərovla birgə həbs edilən şəxs də azadlığa çıxdı

Kürdəmirin keçmiş icra başçısı Ceyhun Cəfərovla birgə məhkum edilmiş mühasib də vaxtından əvvəl azadlığa buraxılıb.

Moderator.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, yerli məhkəmə Rəcəb Hüseynovun həbsinin qalan 5 ayını şərti hesab edib.

R.Hüseynov bir müddət əvvəl cəzaçəkmə müəssisəsindən azad edilib.

Amma prokuror bu qərarla razılaşmayıb, məhkumun yenidən həbs edilməsi üçün protest verib. Bakı Apellyasiya Məhkəməsi prokurorun protestini əsaslı hesab etməyib.

Xatırladaq ki, eks-icra başçısı Ceyhun Cəfərov da vaxtından əvvəl cəzadan azad edilmişdi. Artıq onun şərti məhkumluq müddəti də başa çatıb.

Təhsil Şöbəsinin baş mühasibi işləmiş Rəcəb Hüseynov C.Cəfərovdan 1 il sonra-2021-ci ilin oktyabrında korrupsiya ittihamı həbs edilib. Yekun qərarla ona 4 il 4 ay həbs cəzası kəsilmişdi.

Link kopyalandı!
Son xəbərlər