Bizi sosial şəbəkələrdən izləyin:
Ağstafa xəstəxanasında ölüm hadisəsi qeydə alınıb.
Moderator.az-ın məlumatına görə, hadisə Ağstafa Rayon Mərkəzi Xəstəxanasının Terapiya Şöbəsində baş verib.
Belə ki, rayonun Köçvəli kənd sakini 1979-ci il təvəllüdlü N.Hacıyev terapiya şöbəsində xəstə kimi müalicə alırmış. Həmin şəxsə xəstəxanada dərman verilmədiyi üçün özünü ikinci mərtəbədən atıb.
Dərhal ona ilkin tibbi yardım edilib. Buna baxmayaraq xəstənin həyatını xilas etmək mümkün olmayıb.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.