Kəlbəcər sakininin meyiti tapıldı
Hadisə
888
10 Oct 2025 | 13:38

Kəlbəcər sakininin meyiti tapıldı

Gəncədə 62 yaşlı kişinin meyiti tapılıb.
 
Moderator.az-ın məlumatına görə, hadisə şəhərin Gülüstan qəsəbəsində keçmiş məcburi köçkünlərin məskunlaşdığı Qocalar evinin yaxınlığında qeydə alınıb.
 
Kəlbəcər rayon sakini 1963-cü il təvəllüdlü X.Bayramovun meyiti yaşadığı əraziyə yaxın yerdən aşkarlanıb. Dərhal hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib. Onun meyiti müayinə olunmaq üçün Məhkəmə - Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Publik Hüquqi Şəxsin Gəncə şəhər şöbəsinə təhvil verilib.
 
Hazırda faktla bağlı Gəncə şəhər prokuroruğunda araşdırma aparılır.
 
Link kopyalandı!
Son xəbərlər