Gəncədə
Hadisə
568
12:14, Bu gün

Gəncədə "Qocalar evi"nin yanında meyit tapıldı

Gəncədə meyit tapılıb.
 
Moderator.az APA-ya istinadla bildirir ki, hadisə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb.
 
Kəlbəcər rayon sakini 62 yaşlı X.Bayramovun meyiti yaşadığı əraziyə yaxın yerdə aşkarlanıb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.
 
Məlumata görə, kişinin meyiti keçmiş məcburi köçkünlərin məskunlaşdığı "Qocalar evi"nin yaxınlığında tapılıb. Onun meyiti müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə təhvil verilib.
 
Faktla bağlı araşdırma aparılır.
Link kopyalandı!
Son xəbərlər