“Meşə park”da huşsuz halda tapılan kişi öldü
Hadisə
514
11:50, Bu gün

“Meşə park”da huşsuz halda tapılan kişi öldü

Bakıda 39 yaşlı kişi naməlum şəraitdə vəfat edib.
 
Oktyabrın 8-i saat 21 radələrində 1986-cı il təvəllüdlü Xəyyam Əli oğlu Vəliyev Yasamal rayonu Alatava qəsəbəsində yerləşən “Meşə park”da huşsuz vəziyyətdə aşkar edilib.
 
O həmin yerdən Kliniki Tibb Mərkəzə aparılıb. Lakin X.Vəliyevin həyatını xilas etmək mümkün olmayıb.
 
Hadisənin hansı səbəbdən baş verməsi hələlik məlum deyil.
 
Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır. /Qafqazinfo/
 
Link kopyalandı!
Son xəbərlər