Bizi sosial şəbəkələrdən izləyin:
Lənkəranda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların vəziyyəti açıqlanıb.
Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
"Oktyabrın 10-u saat 08:00-da Lənkəran-Lerik yolunun Təngivan kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində beş nəfər (dörd qadın, bir kişi) Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozları təyin olunub", - məlumatda qeyd olunub.
Bildirilib ki, hazırda pasiyentlərin müalicələri tibb müəssisəsinin Təcili tibbi yardım şöbəsində davam etdirilir, vəziyyətləri stabil olaraq qiymətləndirilir.
10:17
Lənkəranda yol-nəqliyyat hadisəsi baş verib.
Moderator.az APA-ya istinadən xəbər verir ki, hadisə Lənkəran-Lerik magistralında, Lənkəran rayonunun Şovu kəndi ərazisində qeydə alınıb. 2003-cü il təvəllüdlü Murad Mirzəzadənin idarə etdiyi VAZ-2106 markalı nəqliyyat vasitəsi Eldəniz Əmrəyevin idarə etdiyi "Reno" markalı avtomobillə toqquşub.
VAZ-2106-nın sürücüsü və digər avtomobildə olan sərnişinlər - 7 yaşlı X.Məmmədli, 12 yaşlı F.Əmrəzadə, 17 yaşlı E.Əmrəzadə və 17 yaşlı Ş.Sultanova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran xəstəxanasına hospitalizasiya olunublar.
Qeyd edək ki, xəsarət alanlardan ikisi şagird, ikisi tələbədir.