Goranboyda minik avtomobili aşıb, altı nəfər xəsarət alıb
Hadisə
363
09 Oct 2025 | 20:47

Goranboyda minik avtomobili aşıb, altı nəfər xəsarət alıb

Goranboyda minik avtomobili aşıb, xəsarət alanlar var.

Moderator.az-ın məlumatına görə, hadisə rayonun Rəhimli kəndində qeydə alınıb.

"Hyundai" markalı avtomobilin aşması nəticəsində 1989-cu il təvəllüdlü E. Şirinova, 1980-ci il təvəllüdlü S.Məmmədova, 1982-ci il təvəllüdlü L. Abdullayeva, 1978-ci il təvəllüdlü S. Məmmədova, 1981-ci il təvəllüdlü Y.Məmmədova, 1988-ci il təvəllüdlü A.Haqverdiyeva bədən xəsarətləri alıblar.

Zərərçəkənlər xəstəxanaya çatdırılıb, vəziyyətləri kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Link kopyalandı!
Son xəbərlər