01:12
0°C
Bakı
Lənkəranda qardaş qardaşa kəsici-deşici alətlə xəsarət yetirib.
Moderator.az xəbər verir ki, Lənkəran rayonunun Liman şəhər sakini, 2003-cü il təvəllüdlü Camal Fərhad oğlu Abdullayev sol döş qəfəsinin və qarın boşluğunun kəsilmiş-deşilmiş yarası diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub. O, dərhal əməliyyata alınıb.
İlkin məlumata görə, Camal Abdullayev qardaşı tərəfindən bıçaqlanıb.
Hazırda hadisənin başvermə səbəbləri araşdırılır.