Bakı-Qazax yolunda QƏZA: bir ailənin 4 üzvü yaralandı
Hadisə
206
13:08, Bu gün

Bakı-Qazax yolunda QƏZA: bir ailənin 4 üzvü yaralandı

Kürdəmirdə yol qəsası olub.
 
Moderator.az xəbər verir ki, hadisə Bakı-Qazax magistralının Sığırlı kəndindən keçən hissəsində baş verib.
 
"Mitsubishi Pajero" markalı minik maşını idarəetmədən çıxaraq beton dirəyə çırpılıb. Nəticədə 4 nəfər - 46 yaşlı Maqsud Qaraşov, 15 yaşlı Yusif Maksud oğlu Qaraşov, 35 yaşlı Aytac Elxan qızı Qaraşova və 79 yaşlı Məxmər Xalıqverdi qızı Qaraşova müxtəlif xəsarətlər alıb. Onlar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
 
Faktla bağlı araşdırma aparılır.
 
Link kopyalandı!
Son xəbərlər