Hacıqabulda ağır qəza - Xəsarət alanlar var
Hadisə
434
09:50, Bu gün

Hacıqabulda ağır qəza - Xəsarət alanlar var

Hacıqabulda yol-nəqliyyat hadisəsi olub.

Moderator.az "Report"a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun Nəvahi kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, minik avtomobili idarəetmədən çıxaraq aşıb. Qəza zamanı üç nəfər müxtəlif dərəcəli xəsarət alıb.

Hadisə yerinə təcili-tibbi yardım briqadası cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər