13:28
0°C
Bakı
Salyan rayonunun Yolüstü kəndində "Mercedes" markalı minik avtomobilinin avtoyuma məntəqəsinə çırpılması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat qəzası baş verib.
Moderator.az Oxu.Az-a istinadən xəbər verir ki, yanğın nəticəsində avtomobilin yanar hissələri, ümumi sahəsi 120 m² olan avtoyuma məntəqəsinin dam örtüyünün taxta atmaları 3 m² sahədə və xarici divarından keçən elektrik kabeli 2 paq.m yanıb. Yanğın yerinə baxış zamanı sürücünün yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Obyektin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.