Bizi sosial şəbəkələrdən izləyin:
Hədə-qorxu yolu ilə pul tələb etməkdə təqsirləndirilərək həbs olunan iş adamı Vahid Xələfov vəfat edib.
Moderator.az Teleqraf-a istinadən xəbər verir ki, o, oktyabrın 6-da Ədliyyə Nazirliyi Penitensiar Xidmətin müalicə müəssisəsində dünyasını dəyişib.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vahid Xələfov 14 il müddətinə azadlıqdan mərhum edilmişdi.
Məhkəmə iş üzrə zərərçəmiş tərəf olaraq Nazirlər Kabinetinin İşlər İdarəsinin müdiri Hikmət Xəlilovu tanımışdı.
Vahid Xəlilova qarşı Cinayət Məcəlləsinin 182.4-cü ( Hədə-qorxu yolu ilə tələb etmə) maddəsi ilə ittiham irəli sürülmüşdü.
O, tikinti şirkətinin sahibi idi.